Bakı. Trend:
Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, sərbəst güləşçilərimizdən 15 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında yer alıb. Onlardan 7-si öz çəki dərəcələrində ilk onluğa daxil ola bilib.
Rio Yay Olimpiya Oyunlarının gümüş medalçıları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) reytinqdə 2-ci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçıları Hacı Əliyev (61 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) reytinq siyahısında 3-cüdür.
Qeyri-olimpiya çəki dərəcəsində dünya çempionatının bürünc medalçısı Əhmədnəbi Qvarzatilov (61 kq) da reytinqə 3-cü sıradan daxil olub.
Onluğa daxil daha bir güləşçimiz isə Cəmaləddin Məhəmmədov (125 kq) olub.
57 kq
3. Hacı Əliyev - Olimpiya Oyunları 3-cü yer (3)
13. Georgi Edişeraşvili - Qızıl Qran Pri 1-ci yer (nr)
16. Mircəlal Həsənzadə - Almaniya Qran Pri turniri 2-ci yer (13)
61 kq
3. Əhmədnəbi Qvarzatilov - Dünya çempionatı 3-cü yer (nr)
65 kq
2. Toğrul Əsgərov - Olimpiya Oyunları 2-ci yer (2)
14. Məhəmməd Müslümov - Əli Əliyev turniri 1-ci yer (16)
20. Teymur Məmmədov - Əli Əliyev turniri 2-ci yer (18)
70 kq
14. Gitinomaqomed Hacıyev - Qızıl Qran Pri 2-ci yer (nr)
15. Hacımurad Ömərov - U-23 Avropa çempionatı 2-ci yer (8)
74 kq
3. Cəbrayıl Həsənov - Olimpiya Oyunları 3-cü yer (4)
86 kq
3. Şərif Şərifov - Olimpiya Oyunları 3-cü yer (3)
11. Nurməhəmməd Hacıyev - Almaniya Qran Pri turniri 1-ci yer (10)
14. Aleksandr Qostiyev - Avropa çempionatı 2-ci yer (13)
97 kq
2. Xetaq Qazyumov - Olimpiya Oyunları 2-ci yer (2)
125 kq
10. Cəmaləddin Məhəmmədov - Almaniya Qran Pri turniri 1-ci yer (11)
Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.