...

Rəşad Sadıqov: Özünəinamı qaytarmaq üçün Qətər üzərində qələbə yaxşı oldu

İdman Materials 10 Mart 2017 13:01 (UTC +04:00)

Bakı. Trend:

Özünəinamı qaytarmaq üçün Qətər üzərində qələbə yaxşı oldu.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, bunu millimizin kapitanı Rəşad Sadıqov Qətər - Azərbaycan yoldaşlıq oyunundan (1:2) sonra deyib.

R.Sadıqov qarşılaşmanın maraqlı alındığını bildirib: "Hər iki komanda texnikalı oyuna üstünlük verdi. Komandamız Qətər millisinə qarşı yaxşı mübarizə apardı. Rəqibin də qol vurmaq üçün imkanları oldu. Qarşıdan Almaniya yığması ilə rəsmi oyun gəlir. Psixoloji baxımdan komandamıza müsbət təsiri olsun deyə, qələbə qazanmaq istəyirdik. Çünki məğlub olan zaman komandaya təzyiq də artır. Uşaqlar həm yaxşı oynadılar, həm də uğurlu nəticə qazandıq. Oyundan oyuna fərq var. Demək olmaz ki, Qətər millisini məğlub etməyimiz Almaniya yığması ilə oyunda bizə üstünlük verəcək. Ancaq komandamızın inkişafı üçün bu qələbə az əhəmiyyət kəsb etmirdi. Ümumi götürdükdə, qələbənin faydası olacaq".

Kapitan baş məşqçinin yeni futbolçulara özlərini göstərmək üçün şans verdiyini deyib: "Həm də son rəsmi oyunumuzda böyük hesabla məğlub olmuşduq. Özünəinamı qaytarmaq üçün Qətər yığması üzərində qələbə yaxşı oldu".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti