Bakı. Trend:
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk cavab oyunları keçirilib.
Trend-in məlumatına görə, İngiltərənin “Lester” klubu doğma meydanda İspaniyanın “Atletiko Madrid” klubunu qəbul edib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
Qollar: Nyiqes, 26 (0:1), Vardi, 61 (1:1)
Beləliklə "Atletiko Madrid" klubu yarımfinal mərhələsinə yüksəlib.