...

Qazaxıstanlı tamaşaçı: İslam Oyunlarının açılış mərasimində möhtəşəm tamaşa gözləyirik

İdman Materials 12 May 2017 20:33 (UTC +04:00)
Bakıda İslam oyunlarının açılış mərasimi çox gözəl və yaddaqalan olacaq
Qazaxıstanlı tamaşaçı: İslam Oyunlarının açılış mərasimində möhtəşəm tamaşa gözləyirik

Bakı. Vüqar İmanov, Yelena Kosolapova - Trend:

Bakıda İslam Oyunlarının açılış mərasimi fikrimcə çox gözəl və yaddaqalan olacaq.

Bunu Trend-ə qazaxıstanlı turist Albina Tuqanova deyib.

O, Bakıya ikinci dəfə gəldiyini deyib: “Burada İslam Oyunlarının keçiriləcəyini təsadüfən öyrəndik. Bilet almağı və açılış mərasiminə baxmağı qərara aldıq. Fikrimcə, çox maraqlı tamaşa olacaq”.

Tamaşaçının sözlərinə görə, tədbir yüksək səviyyədə təşkil olunub. O həmçinin qeyd edib ki, bu oyunlar bir çox ölkəni birləşdirib və xalqların dostluğunun təzahürüdür.

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti