...

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında daha bir medal qazandı

İdman Materials 13 May 2017 17:04 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan daha bir medal qazanıb.
Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında daha bir medal qazandı

Bakı. Ənvər Məmmədov - Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan daha bir medal qazanıb.

Trend-in məlumatına görə, azərbaycanlı idmançı Şəfəq Əmrahova qadınların stend atıcılığı yarışında 37 xalla gümüş medala sahib çıxıb.

Türkiyəli Nihan Gürer 1-ci (41 xal), qətərli Xulud Hassan əl-Xələf isə 3-cü (29 xal) yerləri tutublar.

Xatırladaq ki, bundan əvvəl kişilərin 25 metr məsafədən tapança ilə mərkəzə atəş açma yarışında təmsilçimiz Ruslan Lunyov qızıl medal qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti