Bakı. Trend:
Bu gün Bakıda Formula 1 pilotlarının sıralama turu başlayıb.
Trend-in məlumatına görə, təsnifat mərhələsində 10 komandadan 20 pilot iştirak edir.
Yekunda pilotların start düzülüşü müəyyənləşəcək.
Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.