...

Bədii gimnastika üzrə 24-cü açıq Azərbaycan çempionatına start verilib (FOTO)

İdman Materials 18 Avqust 2017 13:06 (UTC +04:00)
Bədii gimnastika üzrə 24-cü açıq Azərbaycan çempionatına start verilib.
Bədii gimnastika üzrə 24-cü açıq Azərbaycan çempionatına start verilib (FOTO)

Bakı. Trend:

Bədii gimnastika üzrə 24-cü açıq Azərbaycan çempionatına start verilib.

Trend-in məlumatına görə, gənclər və böyüklər yaş kateqoriyasında yer alan 25 gimnast halqa, top, gürzlər və lentlə zövqlü musiqi və çətin elementlərin ahəngindən yaranan kompozisiyaları icra edərək medallar uğrunda mübarizə aparacaqlar.

Yarışlarda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, “Start” İdman Klubu, “Zirvə İnternational” İdman Klubu, Gəncə, Qusar və Kürdəmir təmsilçiləri ilə yanaşı, ölkəmizdə təlim-məşq toplanışında olan xarici idmançılar da öz maraqlı çıxışları ilə izləyicilər qarşısına çıxacaqlar.

İştirakçıların yarış həyəcanını azaltmaq, eyni zamanda onlara dəstək olmaq üçün gələn tamaşaçılara maraqlı və xoş anlar yaşatmaq üçün hər zaman fərqli ab-havada təşkil olunan gimnastika yarışlarında bu dəfə də hədiyyəli müsabiqələr, əyləncəli fleşmoblar və nümunəvi çıxışlar baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti