Bakı. Trend:
Qədim Olimpiyada (Yunanıstan) 2018-ci il Qış Olimpiya Oyunlarının məşəlinin alovlandırılması mərasimi keçirilib.
Trend-in məlumatına görə, Koreyanın Phençhan şəhərində keçiriləcək Qış Olimpiadasının məşəlini daşıyan ilk idmançı yunanıstanlı Apostolos Angelis olub.
Bir həftə ərzində Olimpiya alovlu məşəl ölkənin müxtəlif şəhərlərinə aparılacaq, oktyabrın 31-də isə Phençhan-2018 Təşkilat Komitəsinin nümayəndəsinə təhvil veriləcək.
Qeyd edək ki, 2018-ci il Qış Olimpiya Oyunları 9-25 fevral tarixlərində keçiriləcək.