Bakı. Trend:
"Keşlə" futbol klubu növbəti transferlərini həyata keçirib.
Trend-in məlumatına görə, komanda Andre Klennon və Ebrima Sohna ilə müqavilə imzalanıb. Hər iki futbolçu cari mövsümün sonunadək "Keşlə"nin uğurları üçün çalışacaq.
Qeyd edək ki, Bakı təmsilçisi bundan əvvəl Məqsəd İsayev, Kamran Ağayev, Pablo Podio, Herve Tçami, Nemanya Stoyanoviç və Vaqif Cavadovu da heyətinə qatıb.