...

Kişi boksçulardan ibarət Azərbaycan millisi hazırlıqlara başlayır

İdman Materials 2 Fevral 2018 19:55 (UTC +04:00)
Kişi boksçulardan ibarət Azərbaycan millisi fevralın 4-də təlim-məşq toplanışına start verəcək.
Kişi boksçulardan ibarət Azərbaycan millisi hazırlıqlara başlayır

Bakı. Trend:

Kişi boksçulardan ibarət Azərbaycan millisi fevralın 4-də təlim-məşq toplanışına start verəcək.

Boks Federasiyasından Trend-ə verilən məlumata görə, komandamızın baş məşqçisi Leonid Loivski hazırlığa 23 nəfər cəlb edib.

Bunlar ölkə çempionatının finalçıları, həmçinin həlledici görüşdə döyüşməyən, lakin öz çıxışları ilə məşqçilər korpusunun diqqətini cəlb edən idmançılardır. Bakıda, Boks Mərkəzində təşkil olunacaq məşqlər fevralın 16-dək davam edəcək.

Toplanış Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək “Strandja” turnirinə hazırlıq məqsədi daşıyır. Bu yarış fevralın 18-26-da olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti