...

Məmmədyarov İddiaçılar Turnirində ikinci yeri tutub

İdman Materials 28 Mart 2018 00:49 (UTC +04:00)
Şahmat üzrə İddiaçılar Turnirinin sonuncu turu keçirilib
Məmmədyarov İddiaçılar Turnirində ikinci yeri tutub

Bakı. Trend:

Şahmat üzrə İddiaçılar Turnirinin sonuncu turu keçirilib.

Trend-in məlumatına görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov tur çərçivəsində keçirilən oyunda Rusiya təmsilçisi Vladimir Kramnik ilə görüşüb. Oyun heç-heçə başa çatıb.

Bu görüşdən sonra hesabında 3 qələbə, 10 heç-heçə və 1 məğlubiyyət olan Azərbaycan şahmatçısı aktivindəki xalların sayını 8-ə çatdırıb.

14-cü turdan sonra aktivində 9 xal olan Fabiano Karuana turnirin qalibi olub. Şəhriyar Məmmədyarov yarışı 8 xalla ikinci, eyni xala malik olan Sergey Karyakin üçüncü pillədə qərarlaşıb.

Turnir Berlində "Külxaus" sərgi mərkəzinin binasında keçirilib. Turnirin mukafat fondu 420 min avro təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti