Bakı. Trend:
“Qəbələ” və “Keşlə” klubları arasında keçiriləcək Azərbaycan Kubokunun 2017/2018-ci illər mövsümünün final görüşünün püşkü atılıb.
Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, püşkatmada “Qəbələ”dən Səbuhi Səfiyarlı, “Keşlə”dən isə İlqar Mustafayev iştirak edib.
üşkatmanın nəticəsinə əsasən “Keşlə” finalın nominal meydan sahibi olub.
Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşü 28 May - Respublika Günündə Qəbələ şəhər stadionunda keçiriləcək. Mövsümün son oyunu saat 20:00-da start götürəcək.