...

“Azərsun Holdinq” Biznes Liqasının qalibi olub

İdman Materials 1 İyun 2018 19:06 (UTC +04:00)
Daim müxtəlif sosial layihələr reallaşdıran “Azərsun Holdinq” növbəti uğura imza atıb.
“Azərsun Holdinq” Biznes Liqasının qalibi olub

Bakı. Trend:

Daim müxtəlif sosial layihələr reallaşdıran “Azərsun Holdinq” növbəti uğura imza atıb.

Şirkətlər Qrupundan Trend-ə verilən məlumata görə, ölkənin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun”u təmsil edən mini futbol komandası müxtəlif şirkətlərin iştirak etdiyi Azfar Biznes Liqası Yaz Kubokunun qalibi olub. 2 ay davam edən turnirdə bütün rəqiblərindən üstün olan komanda finalda “Universal” komandası ilə üz üzə gəlib. Görüşün əvvəlində 1-3 hesabı ilə məğlub duruma düşən “Azərsun”lular geri dönüş edərək 5-3 hesabı ilə irəli keçib və turnirin qızıl medallarını qazanıblar. Beləliklə “Azərsun Holdinq” komandası Payız Kubokunun ardınca Yaz kubokunun da qalibi olub.

Qeyd edək ki, adıçəkilən Şirkətlər Qrupu əməkdaşlarının asudə vaxtının səmərəli keçirilməsi üçün mütəmadi olaraq fərqli idman növləri və intellektual oyunlar üzrə turnirlər təşkil edir və qalibləri dəyərli hədiyyələrlə təltif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti