...

Klublarımızın Avropa Liqasında rəqibləri müəyyənləşdi

İdman Materials 20 İyun 2018 14:14 (UTC +04:00)
UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkatması keçirilib.
Klublarımızın Avropa Liqasında rəqibləri müəyyənləşdi

Bakı. Trend:

Bu gün İsveçrənın Nyon şəhərində UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkatması keçirilib.

Trend-in məlumatına görə, püşkatmanın nəticəsinə əsasən Azərbaycan kubokunun sahibi "Keşlə" bu mərhələdə "Baltsan" (Malta) komandası ilə qarşılaşacaq.

Azərbaycan çempionatının gümüş mükafatçı "Qəbələ" Lüksemburqun "Proqres" (Niderkorn), çempionatı 3-cü yerdə başa vurmuş "Neftçi" isə "Uypeşt" (Macarıstan) klubu ilə üz-üzə gələcək.

"Keşlə" və "Qəbələ" ilk oyununu səfərdə, "Neftçi" isə evdə keçirəcək.

I təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab qarşılaşmaları isə iyulun 19-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti