...

Qadın idman gimnastımız Dünya Kubokunda bürünc medal qazanıb

İdman Materials 9 İyul 2018 12:33 (UTC +04:00)
Türkiyənin Mersin şəhərində “Challenge” seriyasına aid Dünya Kuboku keçirilib.
Qadın idman gimnastımız Dünya Kubokunda bürünc medal qazanıb

Bakı. Trend:

Türkiyənin Mersin şəhərində “Challenge” seriyasına aid Dünya Kuboku keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə qadın idman gimnastımız Yulia İnşınanın gimnastika tirindəki çıxışı ona bürünc medal qazandırıb (12.100 xal).

Dayaqlı tullanma və sərbəst hərəkətlərdə də finala düşən gimnastımız hər iki çıxışına görə 4-cü olub.

Müxtəlif hündürlüklü qollarda isə təmsilçilərimiz Mariya Smirnova və Marina Nekrasova müvafiq olaraq 4-cü və 5-ci pillədə qərar tutublar.

Kişi idman gimnastlarımızdan isə ən yaxşı nəticə Dariy Morozova aid olub. Təmsilçimiz sərbəst hərəkətlər və dəstəli at üzərində çıxışı ilə yarışları 4-cü yerdə başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti