...

AZFAR futbol məktəbi yay tətillərini birlikdə keçirməyə dəvət edir

İdman Materials 10 İyul 2018 17:03 (UTC +04:00)
Əziz uşaqlar və məktəblilər! Sizi yay tətillərini bizimlə birlikdə keçirməyə dəvət edirik! Gəlin gələcək futbol ulduzlarını birlikdə kəşf edək!
AZFAR futbol məktəbi yay tətillərini birlikdə keçirməyə dəvət edir

Bakı. Trend:

Qarşıdan yay mövsümü gəlir və səbirsizliklə gözlədiyiniz yay tətilləri başlanır. Bol günəşli yay mövsümünü hər biriniz səmərəli və əyləncəli keçirmək arzusundasız. AZFAR futbol məktəbi bu məqsədlə sizləri yay mövsümünü bizimlə birlikdə səmərəli, əyləncəli, həm də sağlam keçirməyə dəvət edir. Tətilləri bizimlə keçirməyin bir çox üstünlükləri vardır. Bizim futbol məktəblərində siz futbolun sirlərinə yiyələnəcəksiniz, yeni dostlar qazanacaqsınız və peşəkar məşqçilərimiz sizin futbol istedadınızın üzə çıxarılmasına köməklik göstərəcək.

AZFAR futbol məktəbi 2018-ci ilin yanvar ayından fəaliyyət göstərir. Məktəbin başlıca məqsədi futbolu kütləviləşdirmək, uşaqlar arasında onu populyarlaşdırmaq, gələcək futbol ulduzlarını yetişdirməkdir. Uşaqların məktəbə yazılması ilə bağlı heç bir məhdudiyyət yoxdur, məktəbə qəbul zamanı uşaqlar arasında seçim aparılmır və beləcə 4-13 yaşları arasında hər bir uşaq məktəbə üzv ola bilər.

Məktəbinin əsas üstünlüyü ondadır ki, uşaqlarla birbaşa olaraq A kateqoriyalı baş məşqçi Vladislav Qədirov çalışır. Azərbaycan futbolunun yetirməsi olan Vladislar Qədirov 1987-ci ildə SSRİ-nin yeniyetmələr yığmasının heyətində U-16 dünya çempionudur. AZFAR futbol məktəbi ölkəmizdə uşaqlarla A kateqoriyalı məşqçinin çalışdığı ilk və tək məktəbdir. Hətta dünya üzrə belə bu cür uşaq futbol məktəblərinin sayı azdır.

AZFAR futbol məktəbinin təlim-məşq bazası beş meydançadan ibarətdir. Baza Bakı şəhəri, Yusif Səfərov küçəsi, 45 ünvanında yerləşir. Yüksək səviyyəli infrastruktura malik olan məktəbdə geniş paltardəyişmə otaqları, duş kabinləri, yeməkxana zalı da uşaqların istifadəsinə verilir.

AZFAR futbol məktəbi abunə qiymətlərini çox münasib səvviyədə təyin edib.

Uşaqların istənilən hava şəraitində rahat məşq etmələri üçün stadionlar soyuq fəsillərdə tam qapalı vəziyyətə, yaz və yay mövsümlərində isə yan tərəfləri açıq şəkilə gətirilir.

Futbol məktəbində məşqlər həftədə üç dəfə - çərşənbə axşamı, cümə axşamı və şənbə günləri keçirilir və hər bir məşq 90 dəqiqə davam edir. Uşaqlara həm fərdi, həm də kollektiv şəkildə yanaşılır.

Uşaqların yarışma və rəqabət xüsusiyyətlərini yüksəltmək üçün ayda bir dəfə onlarla digər futbol məktəblərindən olan həmyaşıdları arasında yoldaşlıq görüşləri keçirilir. Bu zaman komandalar müxtəlif yaş qrupları üzrə bölünür.

AZFAR futbol məktəbi haqqında daha ətraflı məlumatı asep.az saytından, məktəbin facebook və instagram səhifələrindən və aşağıdakı nömrələrdən əldə edə bilərsiniz.

Əlaqə məlumatları: 050 295 21 29; 012 404 73 39

http://www.asep.az/az/azfarfootballschool

https://www.facebook.com/azfarfootballschool/

https://www.instagram.com/azfarfootballschool/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti