...

"Qarabağ" növbəti sınaq qarşısında

İdman Materials 25 İyul 2018 11:13 (UTC +04:00)
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində “Qarabağ” bu gün ilk oyununu keçirəcək.
"Qarabağ" növbəti sınaq qarşısında

Bakı. Trend:

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində “Qarabağ” bu gün ilk oyununu keçirəcək.

Trend-in məlumatına görə, təmsilçimiz Loro Boriçi stadionunda, saat 21:00-da Albaniyanın “Kukesi” komandası ilə qarşılaşacaq.

Oyunu Norveçdən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Ola Hobber Nilsen, onun köməkçiləri Tom Harald Qronevik, Qeyr İsaksen, dördüncü hakim isə Kai Erik Steen olacaq. UEFA nümayəndəsi Roy Katkart (Şimali İrlandiya), hakim-inspektor isə Xuan Antonio Fernandes Marin (İspaniya) təyin edilib.

Xatırladaq ki, ilk turda "Qarabağ" Sloveniyanın "Olimpiya" klubunu mübarizədən kənarlaşdırıb (1:0, 0:0).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti