Bakı. Trend:
Noyabrın 8-də start verilən və noyabrın 10-dək davam edəcək yarışlarda birincilik uğrunda 2007-ci il təvəllüdlü və daha kiçik yaşlı 70-dək tennisçi mübarizə aparacaq.
Azərbaycan Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, birinciliyin açılışına həsr olunmuş tədbirdə çıxış edən federasiyanın vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmana göstərilən böyük diqqət və qayğıdan bəhs edib, yarış iştirakçılarına uğurlar arzulayıb.
Tədbirdə həmçinin, dövlət başçısının sərəncamı ilə idmanın inkişafındakı xidmətlərinə görə təltif edilən stolüstü tennis üzrə baş məşqçi Mixayıl Timofeyevə “Tərəqqi” medalı və vəsiqəsi təqdim edilib.