...

İtaliya Kuboku: “Fiorentina” doğma meydanda “Roma”nı yerlə-yeksan etdi (VİDEO)

İdman Materials 31 Yanvar 2019 04:31 (UTC +04:00)
İtaliya Kubokunun ¼ final mərhələsi çərçivədində “Fiorentina” doğma meydanda “Roma”nı məhv etdi.
İtaliya Kuboku: “Fiorentina” doğma meydanda “Roma”nı yerlə-yeksan etdi (VİDEO)

Bakı. Tural Turan - Trend:

İtaliya Kubokunun ¼ final mərhələsi çərçivəsində “Fiorentina” doğma meydanda “Roma”nı məhv etdi. Trend-in məlumatına görə, oyun ev sahibi komandanın 7:1 hesablı darmadağını ilə başa çatıb.

Matçda “Fiorentina”dan Kyeza (7, 18 və 74-cü dəq.), Muriel (33-cü dəq.), Benassi (66-cı dəq.), Simeone (79 və 89-cu dəq.) fərqləniblər. Rəqib komandadan isə yalnız 28-ci dəqiqədə Kolarov qol vura bilib.

72-ci dəqiqədə Dzeko hakimin üzünə tüpürdüyünə görə qırmızı vərəqə alaraq meydandan qovulub.

Belə də, “Fiorentina” növbəti mərhələyə adlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti