...

Azərbaycan gimnastı Bakıda keçirilən Dünya Kubokunda gümüş medal qazandı

İdman Materials 17 Fevral 2019 14:08 (UTC +04:00)
Mixail Malkin Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda tamblinq üzrə gümüş medal qazanıb.
Azərbaycan gimnastı Bakıda keçirilən Dünya Kubokunda gümüş medal qazandı

Bakı. Cani Babayeva - Trend:

Azərbaycan gimnastı Mixail Malkin Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda tamblinq üzrə gümüş medal qazanıb.

Trend-in məlumatına görə, təmsilçimiz finalda 74.600 bal toplayıb. Birinci və üçüncü yerlərin sahibləri müvafiq olaraq rusiyalı Vadim Afanasyev (75.100) və Maksim Ryabikov (72.000) olublar.

Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda ümumilikdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku keçiriləcək. Paytaxtımız gələn il bu kuboklardan daha birinə də ev sahibliyi edəcək.

Xatırladaq ki, ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti