...

Gimnastlarımız beynəlxalq turnirdə 2 finalda çıxış ediblər

İdman Materials 18 Mart 2019 12:24 (UTC +04:00)
Gimnastlarımız beynəlxalq turnirdə 2 finalda çıxış ediblər.
Gimnastlarımız beynəlxalq turnirdə 2 finalda çıxış ediblər

Bakı. Trend:

Ukraynanın paytaxtı Kiyevdə bədii gimnastika üzrə “Grand Prix” yarışlarının final mərhələsi keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, millimizin 2-ci heyətli qrup komandası turnirdə iki final mərhələsində çıxış edib. Ayna Cəfərova, Simarə Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Humay Əliyevadan ibarət komanda topla icra etdikləri kompozisiyaya görə 16.150 xal alıblar.

3 halqa - 2 topla nümayişləri isə qızlara 15.400 xal qazandırıb. Nəticədə təmsilçilərimiz hər iki finalda 7-ci yerdə qərarlaşıblar.

Qrup komandamız, həmçinin çoxnövçülük yarışlarında 7-ci olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti