...

Bakıda F2-də zəncirvari qəza - 3 pilot yarışı dayandırdı (FOTO)

İdman Materials 28 Aprel 2019 13:28 (UTC +04:00)
Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarışıda zəncirvari qəza baş verib.
Bakıda F2-də zəncirvari qəza - 3 pilot yarışı dayandırdı (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarışda zəncirvari qəza baş verib.

Trend-in məlumatına görə, yarış zamanı üç bolid toqquşub. Belə ki, “BWT Arden” komandasının xanım pilotu Tatyana Kalderon, “Trident” komandasının pilotu Ralf Boşunq və “Carlin” komandasının pilotu Luis Deletrazın idarə etdiyi bolidlər toqquşub.

Hər üç pilot yarışı yarımçıq dayandırmalı olub.

Qeyd edək ki, Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarışa start verilib.

Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 10 komanda birincilik uğrunda mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti