...

Slovakiya gimnastı: Bakıda yarışlar ideal keçirilir

İdman Materials 17 May 2019 20:39 (UTC +04:00)
Bakıda özümü hər zaman evdəki kimi hiss edirəm
Slovakiya gimnastı: Bakıda yarışlar ideal keçirilir

Bakı. Cani Babayeva - Trend:

Bakıda özümü hər zaman evdəki kimi hiss edirəm.

Bunu Trend-ə Slovakiya gimnastı Natalya Polyakova deyib.

O, öz çıxışını yaxşı qiymətləndirib:

“Nəzərə alsaq ki, zədə ilə əlaqədar yeddi ay məşq etməmişəm, o zaman çıxışımı yaxşı qiymətləndirirəm. Bu, bir il ərzində ilk yarışımdır”.

Gimnast əlavə edib ki, Bakıda yarışlar ideal keçirilir.

Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.

Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Yarışların ilk günü gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlayıb. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti