...

“Çelsi” və “Arsenal” komandalarının oyunöncəsi mətbuat konfranslarının və açıq məşqlərinin vaxtı müəyyənləşib

İdman Materials 28 May 2019 01:37 (UTC +04:00)
Mayın 29-da UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda qarşılaşacaq “Çelsi” və “Arsenal” komandalarının oyunöncəsi mətbuat konfransı və mətbuat üçün açıq məşqlərinin vaxtı müəyyənləşib
“Çelsi” və “Arsenal” komandalarının oyunöncəsi mətbuat konfranslarının və açıq məşqlərinin vaxtı müəyyənləşib

Bakı. Trend:

Mayın 29-da UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda qarşılaşacaq "Çelsi" və "Arsenal" komandalarının oyunöncəsi mətbuat konfransı və mətbuat üçün açıq məşqlərinin vaxtı müəyyənləşib.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, mayın 28-də Bakı Olimpiya Stadionunda saat 17:45-də "Arsenal" futbol klubunun baş məşqçi və 2 futbolçunun iştirakı ilə mətbuat konfransı, saat 18:30-da isə mətbuat üçün açıq məşqi keçiriləcək.

"Çelsi" komandasının baş məşqçisi və iki futbolçusunun iştirakı ilə mətbuat konfransı saat saat 20:15-də, mətbuat üçün açıq məşqi isə saat 21:00-da baş tutacaq.

Tədbirlərdə müvafiq qaydada akkreditasiyadan keçmiş mətbuat nümayəndələri iştirak edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti