...

Braziliya futbol üzrə Amerika Kubokunun qalibi oldu

İdman Materials 8 İyul 2019 02:24 (UTC +04:00)
Futbol üzrə Amerika Kubokunun final oyunu keçirlib
Braziliya futbol üzrə Amerika Kubokunun qalibi oldu

Bakı. Trend:

Futbol üzrə Amerika Kubokunun final oyunu keçirlib.

Trend-in məlumatına görə, “Marakana” stadionunda keçirilən görüşdə Braziliya və Peru yığmaları üz-üzə gəlib.

Görüş Braziliyanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Braziliya millisi tarixində 9-cu dəfə Amerika Kubokuna sahib olub.

Qeyd edək ki, turnirdə üçüncü yeri Çiliyə 2:1 hesabı ilə qalib gələn Argentina yığması tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti