...

Çempionlar Liqası: "Qarabağ" növbəti təsnifat mərhələsinə yüksəlib

İdman Materials 17 İyul 2019 22:52 (UTC +04:00)
Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilir
Çempionlar Liqası: "Qarabağ" növbəti təsnifat mərhələsinə yüksəlib

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Trend-in məlumatına görə, Azərbaycanın "Qarabağ" klubu Bakıda Albaniyanın "Partizani" klubunu qəbul edib.

Oyun "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın 51-ci dəqiqəsində Filip Ozobiç, 90+4-cü dəqiqəsində isə Dani Kintana fərqləniblər.

Beləliklə, "Qarabağ" klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti