...

Türkiyəli cüdoçu Avropa Gənclər Olimpiya Festivalının qızıl medalını qazanıb

İdman Materials 25 İyul 2019 18:54 (UTC +04:00)
Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında qızlar arasında 57 və 63 kiloqram çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib.
Türkiyəli cüdoçu Avropa Gənclər Olimpiya Festivalının qızıl medalını qazanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında qızlar arasında 57 və 63 kiloqram çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib.

Trend-in məlumatına görə, 57 kiloqram çəki dərəcəsində yarışın finalında Türkiyə idmançısı Özlem Yıldız finalda rusiyalı Kseniya Qaliskayanı məğlub edərək qızıl medal qazanıb.

Bu çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Aytac Qardaşxanlı almaniyalı Samira Bocka məğlub olaraq bürünc medalı əldən verib. Digər bürünc medalı rumıniyalı Florentina İvaneskuya qalib gələn hollandiyalı Alekse Vaqemaker aktivinə yazdırıb.

Finalda xorvatiyalı Katarina Kristoya qalib gələn hollandiyalı Yoanne Van Lishut isə 63 kiloqram çəki dərəcəsində çempion adına sahib olub. Bürünc medallara ukraynalı Yuliya Kurçenko və ispaniyalı Laura Vazkes Fernandez layiq görülüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti