...

"Zenit" "Barselona"nın hücumçusunu transfer edib

İdman Materials 2 Avqust 2019 13:37 (UTC +04:00)
"Barselona"nın hücumçusu Malkom Rusiyaya köçür.
"Zenit" "Barselona"nın hücumçusunu transfer edib

Bakı. Trend:

"Barselona"nın hücumçusu Malkom Rusiyaya köçür.

Trend-in məlumatına görə, Braziliya millisinin üzvü "Zenit"lə anlaşıb. Klublar arasında danışıqlara artıq yekunlaşıb. Tərəflər 40 milyon avro və əlavə 5 milyon avro bonusda ortaq məxrəcə gəlib.

22 yaşlı vinger həftə ərzində Rusiyaya yollanaraq, tibbi müayinədən keçəcək və "Zenit"lə 5 illik müqavilə imzalayacaq.

Futbolçunun illik məvacibi 6,5 milyon avro təşkil edəcək. Malkom "Barselona"ya ötən il 41 milyon avro qarşılığında "Bordo"dan keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti