...

Avro-2020: Türkiyə millisi Moldovanı darmadağın etdi (NƏTİCƏLƏR)

İdman Materials 11 Sentyabr 2019 01:15 (UTC +04:00)
Bu gün Avro-2020 çempionatının seçmə mərhələsi çərçivəsində bir sıra oyunlar keçirilib
Avro-2020: Türkiyə millisi Moldovanı darmadağın etdi (NƏTİCƏLƏR)

Bakı. Trend:

Bu gün Avro-2020 çempionatının seçmə mərhələsi çərçivəsində bir sıra oyunlar keçirilib.

Trend-in məlumatına görə, H qrupunda yer alan Türkiyə millisi Moldova yığmasının qonağı olub. Qonaqlar ev sahibi komandasını darmadağın ediblər - 0:4.

Qollar: C.Tosun (37, 57 və 79-cu dəqiqələr), Y.Yazıcı (88-ci dəqiqə).

Digər oyunlarda qeydə alınan nəticələr:

Albaniya - 4:2 - İslandiya

İngiltərə - 5:3 - Kosovo

Litva - 1:5 - Portuqaliya

Lüksemburq - 1:3 - Serbiya

Fransa - 3:0 - Andorra

Monteneqro - 0:3 - Çexiya

Xəbər lenti

Xəbər lenti