...

Azərbaycan yığması eyni rəqiblə ikinci oyununu keçirəcək

İdman Materials 27 Yanvar 2020 13:39 (UTC +04:00)
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində bu gün sonuncu yoldaşlıq oyunu keçirəcək.
Azərbaycan yığması eyni rəqiblə ikinci oyununu keçirəcək

Bakı. Trend:

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində bu gün sonuncu yoldaşlıq oyunu keçirəcək.

AFFA-dan Trend-ə bildirilib ki, komandamız Şimali Makedoniyanın müvafiq yaş qrupuna aid yığması ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında yanvarın 25-də keçirilmiş oyunda yığmamız 2:0 hesablı qələbə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti