...

Rafiq Hüseynov 9 ildən sonra yenidən Avropa çempionu oldu

İdman Materials 12 Fevral 2020 23:47 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında 9 ildən sonra qitə birincisi olub.

Trend-in məlumatına görə, 82 kq çəki dərəcəsində güləşçimiz finalda bolqarıstanlı Daniel Tixomirovu məğlub edib - 2:1.

Qeyd edək ki, Rafiq Hüseynov karyerasında ikinci dəfə Avropa çempionu olub. Bundan əvvəl pəhləvanımız 2011-ci ildə 74 kq çəkidə qitə birincisi olub.

Bununla da iki qızıl, dörd bürünc medal qazanan yunan-Roma güləşi millimiz Avropa çempionatlarında medalların sayına görə tarixin ən yaxşı nəticəsinə imza atıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti