...

Futbol üzrə İspaniya çempionatında "Real" "Hetafe"ni məğlub etdi

İdman Materials 3 İyul 2020 04:05 (UTC +04:00)
Futbol üzrə İspaniya çempionatında "Real" "Hetafe"ni məğlub etdi

Bakı. Trend:

Futbol üzrə İspaniya çempionatının 33-cü turunda Madridin "Real" klubu öz meydançasında "Xetafe"ni məğlub edib.

Trend-in məlumatına görə, görüş 1:0 hesabı ilə başa çatıb.

Oyunda yeganə qolu Serxio Ramos vurub. Müdafiəçi 79-cu dəqiqədə penalti zərbəsini vurarkən fərqlənib.

"Real" ölkə çempionatında ardıcıl 6-cı qələbəsini qazanır və turnir cədvəlində liderliyini davam etdirir. Klub 74 xal toplayaraq ikinci yerdə qərarlaşan "Barselona"nı dörd xal qabaqlayır. "Hetafe" 52 xalla altıncı yerdədir.

İyulun 5-də növbəti turda Zinəddin Zidanın yetirmələri "Atletik"lə oynayacaqlar. "Hetafe" eyni gündə "Osasuna" ilə görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti