...

Futbol üzrə İtaliya çempionatında "Milan" "Yuventus"u məğlub etdi

İdman Materials 8 İyul 2020 06:09 (UTC +04:00)
Futbol üzrə İtaliya çempionatında "Milan" "Yuventus"u məğlub etdi

Bakı. Trend:

Futbol üzrə İtaliya çempionatının 31-ci turunda "Milan" futbolçuları öz meydançalarında "Yuventus"u məğlub edib.

Trend-in məlumatına görə, oyun 4:2 hesabı ilə başa çatıb.

Qeyd edilir ki, oyunun 62-ci dəqiqəsinə qədər "Yuventus" 2:0 hesabı ilə irəlidə idi: qolları 47-ci dəqiqədə Adrien Rabyo və 53-cü dəqiqədə Kriştianu Ronaldo vurmuşdur. Bundan sonra "Milan"ın oyunçuları 4 qol vuraraq qələbə qazana biliblər: Zlatan İbrahimoviş (62-ci dəqiqə, penalti), Frank Kessye (66), Rafael Leau (67) və Ante Rebiç (80).

Hazırda "Milan" 49 xalla 5-ci, "Yuventus" isə 75 xalla birinci yerdədirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti