...

Futbol üzrə İtaliya çempionatında "Milan" "Sassuolo"ya qalib gəlib

İdman Materials 22 İyul 2020 02:54 (UTC +04:00)
Futbol üzrə İtaliya çempionatında "Milan" "Sassuolo"ya qalib gəlib

Bakı. Trend:

Futbol üzrə İtaliya çempionatının 35-ci turunda "Sassuolo" "Milan"a məğlub olub.

Trend-in məlumatına görə, oyun 2:1 hesabı ilə nəticələnib.

Qolları qalıb komanda tərəfdən Zlatan İbragimoviç (19 və 45-ci dəqidə), "Sassuolo"dan isə Françesko Kaputo (42-ci dəqiqə, penalti) vurublar. Qeyd edək ki, "Milan"ın 22 yaşlı qapıçısı Canluici Donnarumma üçün bu klub uğrunda 200-cü oyunu olub.

Turnir cədvəlində "Milan" 59 xalla 5-ci yerdədir. "Sassuolo" isə 48 xalla 8-ci yerdə qərarlaşıb. Növbəti turda milanlı komanda 24 iyulda "Atalanta", "Sassuolo" isə bir gün sonra "Napoli" komandaları ilə oynayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti