Bakı. Trend:
İngiltərə Premyer Liqasının futbol klublarında növbəti dəfə koronavirus bağlı testlər aparılıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, testlərdən 1 575 nəfər keçib. Onlardan 8 nəfərində yeni növ koronavirus aşkarlanıb.
Koronavirus aşkarlanan şəxslərin və məxsus olduqları klubların adları açıqlanmır.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsüm ərzində 32 yoluxma halı aşkarlanıb.