...

Messi, Ronaldo və Levandovski ilin ən yaxşı futbolçusu adına namizəd seçilib

İdman Materials 11 Dekabr 2020 20:42 (UTC +04:00)
Messi, Ronaldo və Levandovski ilin ən yaxşı futbolçusu adına namizəd seçilib

Bakı. Trend:

Beynəlxalq Futbol Federasiyası (FIFA) ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə təşkilatın mətbuat xidməti bildirib.

Məlumata əsasən, İspaniyanın "Barselona" klubunun argentinalı hücumçusu Lionel Messi, İtaliyanın "Yuventus" komandasınım portuqaliyalı forvardı Kriştiano Ronaldo və Almaniyanın "Bavariya" klubunun polşalı hücumçusu Robert Levandovski 2020-ci ilin ən yaxşı futbolçusu adına namizəd görünən final üçlüyə çıxıb.

Mükafatlandırma mərasimi 17 dekabrda onlayn formatda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti