...

Futbol üzrə İspaniya çempionatında "Ateltiko" "Xetafe"yə qalib gəldi

İdman Materials 31 Dekabr 2020 02:45 (UTC +04:00)
Futbol üzrə İspaniya çempionatında "Ateltiko" "Xetafe"yə qalib gəldi

Bakı. Trend:

Futbol üzrə İspaniya Çempionatının 16-cı turunda “Atletiko” “Xetafe”ni məğlub etdi.

Trend TASS-a istinadən xəbər verir ki, görüş 1:0 hesabı ilə başa çatıb. Yeganə qolu 20-ci dəqiqədə Luis Suarez vurub.

Dieqo Simeone üçün bu görüş Madrid klubunun baş məşqçisi kimi 500-cü oldu. Məşqçi 2011-ci ildə "Atletiko"ya başçılıq etməyə başlayıb və onlara bir İspaniya və iki Avropa Liqası çempionu titullarını qazandırıb.

“Atletiko” bu çempionatda ardıcıl üçüncü qələbəsini əldə edib və 35 xalla turnir cədvəlində birinci yerdə, “Xetafe” isə 14-cü sıradadır (17 xal). Növbəti turda Simeonenin yetişdirmələri yanvarın 3-də səfərdə "Alaves"lə oynayacaq, "Xetafe" bir gün əvvəl "Valyadolid"lə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti