...

İngiltərə Premyer Liqası: “Mançester Siti” səfərdə “Çelsi”ni məğlub edib

İdman Materials 4 Yanvar 2021 00:05 (UTC +04:00)
İngiltərə Premyer Liqası: “Mançester Siti” səfərdə “Çelsi”ni məğlub edib

Bakı. Trend:

Yanvarın 3-də futbol üzrə İngiltərə Premyer Liqasının 17-ci turunun mərkəzi qarşılaşması keçirilib.

Trend-in məlumatına görə, “Çelsi” klubu öz meydanında “Mançester Siti” komandasını qəbul edib.

Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Mançester təmsilçisinin heyətində İlkay Gündoğan, Fil Foden və Kevin de Brüyne, London təmsilçisində isə Kallum Hadson-Odoi fərqləniblər.

Bu qələbə sayəsində “Mançester Siti” xal ehtiyatını 29-a çatdıraraq 5-ci yerdə, “Çelsi” isə 26 xalla 8-ci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti