...

Türkiyənin "Anadolu Efes" klubu ilk dəfə basketbol üzrə Avroliqanın qalibi oldu

İdman Materials 31 May 2021 01:58 (UTC +04:00)
Türkiyənin "Anadolu Efes" klubu ilk dəfə basketbol üzrə Avroliqanın qalibi oldu

Bakı. Trend:

Türkiyənin "Anadolu Efes" klubu basketbol üzrə Avroliqanın final matçında İspaniyanın "Barselona"sını 86:81 hesabı ilə məğlub edərək ilk dəfə turnir qalibi oldu.

Trend-in məlumatına görə, turnir Almaniyanın Köln şəhərində tamaşaçısız keçirilib.

Matçın ən məhsuldar oyunçusu İstanbul komandasına 25 xal qazandıran müdafiəçi Vasile Mitsiç olub. Məğlub olanlar arasında ən çox xal toplayıb - 23.

Üçüncü yeri Rusiyanın MOİK komandasına 83:73 hesabı ilə qalib gələn İtaliyanın “Milan”ı tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti