...

Avro-2020: İspaniya yığması İsveçrəni məğlub edərək yarımfinala yüksəldi

İdman Materials 2 İyul 2021 22:58 (UTC +04:00)
Avro-2020: İspaniya yığması İsveçrəni məğlub edərək yarımfinala yüksəldi

Bakı. Trend:

İspaniya futbol komandası İsveçrə yığmasını penaltı seriyasında məğlub edərək Avropa çempionatının yarımfinalına yüksəlib.

Trend-in məlumatına görə, görüşün əvvəlində İsveçrəli yarımmüdafiəçi Denis Zakarya topu öz qapısına göndərib. İkinci hissədə Cerdan Şakiri hesabı bərabərləşdirib.

Əsas vaxt heç-heçə ilə başa çatıb. Əlavə vaxtda qol vurulmadı. İspaniya millisinin oyunçusu Oyarsabal penaltı seriyasında həlledici qolu vurub.

Beləliklə, İspaniya millisi yarımfinalda Belçika - İtaliya cütünün qalibi ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti