...

Avro-2020: İtaliya millisi yarımfinala vəsiqə qazanıb

İdman Materials 3 İyul 2021 01:32 (UTC +04:00)
Avro-2020: İtaliya millisi yarımfinala vəsiqə qazanıb

Bakı. Trend:

İtaliya milli komandası futbol üzrə Avropa Çempionatının 1/4 finalında Belçika komandasını məğlub edib.

Trend-in məlumatına görə, Münhendə keçirilən oyun 2:1 hesabı ilə başa çatıb.

Qalib komandanın heyətində qolları Nikolo Barella (31-ci dəqiqə) və Lorentso İnsinye (44) vurublar. Belçikanın heyətində Romelo Lukaku (45+2) penaltıdan fərqlənib.

Yarımfinalda İtaliya millisi İspaniya komandası ilə qarşılaşacaq. Görüş iyulun 6-da Londonun "Uembli" stadionunda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti