...

Firdovsi Umudov təltif olunub (FOTO)

İdman Materials 18 Avqust 2021 14:13 (UTC +04:00)
Firdovsi Umudov təltif olunub (FOTO)

Bakı. Trend:

“Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəis müavini, İdman bölməsinin rəisi, Şöhrət ordenli Əməkdar məşqçi, Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Firdovsi Umudov DSX rəisi general-polkovnik Elçin Quliyev tərəfindən “Hərbi Xidmətdə fərqlənməyə görə 2-ci dərəcəli” medalla təltif edilib.

Bu barədə dünya və Avropa çempionu, Olimpiya mükafatçısı Hacı Əliyev öz “İnstaqram” hesabında paylaşım edib.

Məşhur idmançı F.Umudovu bu münasibətlə təbrik edib: “Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 102-ci il dönümüdür. Göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlağımı bildirirəm. Bundan əlavə olaraq mənim bütün nailiyyətlərimdə əvəzsiz əziyyətlərinə görə “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəis müavini, idman bölməsinin rəisi Firdovsi Umudova da minnətdaram. DSX rəisi, general-polkovnik Elçin Quliyevin müvafiq əmrinə əsasən F.Umudov “Hərbi Xidmətdə fərqlənməyə görə 2-ci dərəcəli” medalla təltif olundu. Bu uğur münasibətilə təbrik edir, ən ali orden və medallara layiq olmasını arzulayıram”.

Qeyd edək ki, F.Umudov 1993-2005-ci illərdə Azərbaycan sərbəst güləş millisinin heyətində dəfələrlə Azərbaycan çempionu, beynəlxalq yarışların qalibi, Avropa çempionatının bürünc mükafatçısı, tələbələr arasında dünya çempionatının gümüş mükafatçısı, Dünya kubokunun qalibi olub. 2005-2008-ci illərdə yeniyetmələrdən ibarət güləş yığmasının məşqşisi və baş məşqçisi olub. 2008-2016-cı illərdə böyüklərdən ibarət yığmanın böyük məşqçisi olaraq çalışıb. 2009,2012, 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilib. 2016-2018-ci illərdə Azərbaycan güləş yığmasının baş məşqçisi olub. 2018-ci ilin yanvarından Azərbaycan Güləş Federasiysının vitse-prezidentidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti