...

Levandovski tarixi nailiyyətə imza atdı

İdman Materials 30 Sentyabr 2021 09:19 (UTC +04:00)
Levandovski tarixi nailiyyətə imza atdı

Bakı. Trend:

"Bavariya" klubunun Polşalı hücumçusu Robert Levandovski ötən gün Kiyev "Dinamo"su üzərindəki qələbədən sonra UEFA Çempionlar Liqasında tarixi nailiyyətə imza atıb.

Trend-in məlumatına görə, bu, polşalı hücumçunun Çempionlar Liqası çərçivəsində ardıcıl 18-ci qələbəsdir.

Məlumata əsasən, R.Levandovskinin qələbələr seriyası 2019-cu ilin sentyabr ayının 18-dən davam edir.

Xatırladaq ki, ötən gün Almaniyanın "Bavariya" klubu öz meydanın Ukraynanın "Dinamo" (Kiyev) klubunu 5:0 hesabı ilə məğlub edib. R.Levandovski oyunda dubl edib, digər üç qolu isə Serj Qnabri, Leroy Sane və Maksim Şupo-Motinq vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti