...

Ronaldo, Dibala və Levandovski Çempionlar Liqasında həftənin oyunçusu mükafatına namizəddirlər

İdman Materials 4 Noyabr 2021 04:34 (UTC +04:00)
Ronaldo, Dibala və Levandovski Çempionlar Liqasında həftənin oyunçusu mükafatına namizəddirlər

Bakı. Trend:

"Yuventus" klubunun hücumçusu Paulo Dibala, "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo, "Bavariya" -lı Robert Levandovski və Portuqaliyanın "Sportinq"inin yarımmüdafiəçisi Pedro Qonsalveş Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunun ən yaxşı oyunçusu adına namizəddirlər.

Trend xəbər verir ki, Dibala "Zenit"lə ev oyununda (4:2) iki qol vuraraq, məhsuldar öturmə verib, Ronaldo "Atalanta"yla qarşılaşmada (2:2) iki qol vurub, Qonsalveş Türkiyənin “Beşiktaş” klubuyla oyunda (4:0) vurduğu iki qolla yadda qalıb, Levandovski isə Portuqaliya “Benfika”sına qarşı matçda (5:2) het-trik edib.

Ronaldonun "Atalanta"ya vurduğu ilk qol və Levandovskinin "Benfika"ya vurduğu ikinci qolu dördüncü turun ən yaxşı qolları adına namizəddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti