...

Ramilə Əliyeva Avropa çempionatının gümüş medalına layiq görülüb

İdman Materials 5 Noyabr 2021 21:21 (UTC +04:00)
Ramilə Əliyeva Avropa çempionatının gümüş medalına layiq görülüb

Bakı. Trend:

Macarıstanın Budapeşt şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında Azərbaycan təmsilçisi Ramilə Əliyeva gümüş medal qazanıb.

Trend xəbər verir ki, qitə çempionatında 48 kiloqram çəki dərəcəsində mübarizə aparan qadın cüdoçumuz ilk qarşılaşmasında Paulina Zlaşta (Polşa), daha sonra portuqaliyalı Raquel Britoya qalib gələrək yarımfinala yüksəlib. Cüdoçumuz bu mərhələdə ispaniyalı Mireia Lapertanı məğlub edərək finala vəsiqə qazansa da, həlledici mərhələdə Serbiya təmsilçisi Andreya Stojadinova uduzaraq ikinci yerlə kifayətlənib.

Noyabrın 7-dək davam edəcək yarışda 38 ölkədən 300-ə yaxın cüdoçu iştirak edir. Azərbaycan komandası turnirdə 8 idmançı ilə təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti