...

Bakı uğur gətirir - Dünya Yaş Qrupları Yarışlarının qızıl medalçısı

İdman Materials 27 Noyabr 2021 01:45 (UTC +04:00)
Bakı uğur gətirir - Dünya Yaş Qrupları Yarışlarının qızıl medalçısı

Bakı. Cani Babayeva - Trend:

Bakı uğur gətirir, burada yarışlar mənim üçün kifayət qədər uğurlu keçir.

Bunu Trend-ə Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupu Yarışlarında 17-21 yaş qrupu üzrə kişilər arasında tamblinq proqramında qızıl medal qazanan Rusiyalı gimnast İqor Şikunov deyib.

İÇikunov bildirib: "Azərbaycanda təşkil olunan yarışlarda ikinci dəfədir iştirak edirəm, ikinci dəfə fəxri kürsüdə dayanıram, ona görə deyə bilərəm ki, buradakı turnirlər mənim üçün kifayət qədər uğurlu keçir. Çıxışımın nəticəsindən razı qaldım, lakin yarış mənim üçün kifayət qədər həyəcanlı keçdi. Həyəcanın öhdəsindən gəlməyə yaxınlarım, ailəm kömək edir, amma ən çox məşqçim, çünki o, ən yaxındır".

İdmançı əlavə edib ki, Bakıda Milli Gimnastika Arenasında idmançılar üçün yaxşı şərait yaradılıb: "Starta iki gün qalmış gəldik, bütün komandanın hazırlaşması üçün kifayət qədər rahat şərait var idi".

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışları 32 ölkədən 650 idmançı iştirak edəcək.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edəcək. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti