...

Bakıda qadınlar arasında tamblinq üzrə finalçılar məlum olub

İdman Materials 27 Noyabr 2021 14:29 (UTC +04:00)
Bakıda qadınlar arasında tamblinq üzrə finalçılar məlum olub

Bakı. Cani Babayeva - Trend:

Bakıda Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarında 11-12 yaş qrupunda qadınlar arasında tamblinq üzrə finalçılar məlum olub.

Trend-in məlumatına görə, finala Varvara Doroxova (Rusiya, 60.700 xal), Liya Valiyeva (Rusiya, 59.100 xal), Esme van den Stin (Belçika, 58.100 xal), Oliviya Keypers (Belçika, 56.500 xal), Sien Stessens (Belçika, 55.900 xal), Sapir Ben Dror (İsrail, 54.700 xal), İnes Korreya (Portuqaliya, 53.800 xal) və Kato Heymans (Belçika, 51.300 xal) vəsiqə qazanıb.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışırlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edirlər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti