...

Batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupu Yarışlarının final gününün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

İdman Materials 28 Noyabr 2021 19:57 (UTC +04:00)
Batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupu Yarışlarının final gününün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupu Yarışlarının yekun gününün qalib və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, 11-12 yaş kateqoriyası üzrə qadınlar arasında batut gimnastikası üzrə fərdi proqramda Darya Morozova (Rusiya) qızıl, Arina Şarifullina (Rusiya) gümüş, Maqdalena Kiseva (Bolqarıstan) isə bürünc medal qazanıb.

11-12 yaş kateqoriyasında kişilər arasında batut gimnastikası üzrə fərdi proqramda Kuqa Kamiyama (Yaponiya) fəxri kürsünün birinci pilləsinə, Bajen Silin (Belarus) ikinci, Elizar Qutsev (Belarus) üçüncü pillələrə qalxıb.

13-14 yaş kateqoriyası üzrə qadınlar arasında tamblinq üzrə proqramda Aleksandra Lyamina (Rusiya) qızıl, Adelina Minazova (Rusiya) gümüş, Alisa Fild (Böyük Britaniya) bürünc medal qazanıblar.

13-14 yaş kateqoriyası üzrə kişilər arasında tamblinq üzrə proqramda Beyli Forbs (Böyük Britaniya) birinci, Xavyer Harper (ABŞ) fəxri kürsünün ikinci pilləsinə qalxıb, Matvey Belov (Rusiya) isə üçüncü yeri tutub.

15-16 yaş kateqoriyasında qadınlar arasında ikili mini-batutda tullanma proqramında Coslin Beyn qızıl, Rozali Txonqpxey gümüş, Jaklin Kent bürünc medal qazanıb. Bütün qadın idmançılar ABŞ-ı təmsil edirlər.

15-16 yaş qrupunda kişilər arasında ikili mini-batutda tullanma proqramında Brent Deklerk (Belçika) birinci, Marşall Frost (Böyük Britaniya) ikinci, Omo Aikeremioha (Böyük Britaniya) isə üçüncü yeri tutub.

17-21 yaş qrupu üzrə qadınlar arasında batutda sinxron tullanmda proqramında Serafima Kotova və Veronika Şmeleva (Rusiya) qızıl, Sofiya Landberq və Smilla Jensen (Danimarka) gümüş, Luka Kristin Frey və Qabriela Şter (Almaniya) bürünc medal qazanıblar.

17-21 yaş kateqoriyası üzrə kişilər arasında batutda sinxron tullanma proqramında Roman Barkov və İqor Qraçov (Qazaxıstan) birinci, Aleksis Şevalye və Florestan Riu (Fransa) ikinci, Nikita Fomçenko və Sebastyan Stankeviç (Belarus) üçüncü yeri tutublar.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçirilən 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edib.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışıblar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış ediblər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti