...

"Fənərbağça"nın yeni baş məşqçisi məlum oldu

İdman Materials 12 Yanvar 2022 15:55 (UTC +04:00)
"Fənərbağça"nın yeni baş məşqçisi məlum oldu

Bakı. Trend:

Türkiyənin "Fənərbağça" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Trend klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin sükanı arxasına İsmail Kartal gətirilib.

60 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb. O, bu postda Vitor Pereyranı əvəz edib.

İmsail Kartal 2014/2015 mövsümündə "Fənərbağça"nı çalışdırıb. Təcrübəli mütəxəssis "sarı-lacivərtlilər"in baş məşqçisi kimi 46 oyunda komandanı meydana çıxarıb. "Fənərbağça" bu matçlarda 30 qələbə, 10 heç-heçə və 6 məğlubiyyətlə yadda qalıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti