Bakı. Trend:
Braziliyalı futbol əfsanəsi Pele davam edən xərçəng xəsəliyindən müalicə üçün yenidən xəstəxanaya yerləşdirilib.
Trend xəbər verir ki, bunu futbolçu özü "Instagram" səhifəsində bildirib.
Dünya futbolunun 81 yaşlı canlı əfsanəsi sentyabr ayında yoğun bağırsağındakı şişi çıxarmaq üçün əməliyyatdan sonra San-Pauloda kimya terapiyası keçirdi.
"Dostlar, mən müalicəmi davam etdirmək üçün xəstəxanaya yerləşdirilmişəm", - deyə Pele izləyicilərinə bildirib.
Pelenin vəziyyətinin təfərrüatları açıqlanmır, lakin həkimlər onun vəziyyətinin klinik cəhətdən sabit olduğunu söyləyirlər.
21 illik krayerası ərzindı 1363 rəsmi matçda iştirak edən Pele 1281 qol vuraraq dünya rekordu imzalayıb. Milli komandada braziliyalılarən heyətində 91 dəfə yaşıl meydançaya çıxan əfsanə 77 dəfə rəqib qapısına yol tapıb.